[b]UEFA-dan "Qəbələ"yə 26 min avro[/b]
15.11.2016 - 15:26
“Qəbələ”nin UEFA Gənclər Liqasında iştirakı üçün ödənilən məbləğ klubun hesabına köçürülüb. Apasport.az saytının məlumatına görə, UEFA tərəfindən “qırmızı-qaralar”a 26 min avro maliyyə vəsaiti ayrılıb.
Qeyd olunan vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubun hesabına köçürülüb.
“Qəbələ” Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin Rusiyanın “Dinamo” klubuna hər iki matçda uduzmuşdu – 0:2, 0:4.
0
0