[b]UEFA-dan növbəti təyinat: Əliyar Ağayev Almaniyaya gedəcək[/b]
11.05.2016 - 11:18
[b]UEFA-dan növbəti təyinat: Əliyar Ağayev Almaniyaya gedəcək[/b]

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində iştirak edəcək.

 

O, iyulun 11-dən 24-dək Almaniyada keçiriləcək turnirdə ədaləti qoruyacaq.

 

Qeyd edək ki, Ağayev hazırda Bakıda keçirilən 17 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatında da hakim kimi iştirak edir.