[b]UEFA-dan seçki məhdudiyyəti[/b]
05.04.2017 - 14:18
UEFA-nın bu gün keçirilən Konqresi qurum prezidenti və İcraiyyə Komitəsi üzvləri ilə bağlı məhdudiyyət qoyub. Apasport.az saytının məlumatına görə, onlar maksimum 3 dəfə 4 illik müddətə seçilə bilər.
Bu isə o deməkdi ki, assosiasiyanın prezidenti və komitə üzvləri maksimum 12 il vəzifəsini icra etmək imkanına malikdi. Finlandiyanın Helsinki şəhərində təşkil olunan tədbirdə bu qərar təsdiqini tapıb.
Qeyd edək ki, belə təşəbbüs UEFA İcraiyyə Komitəsi tərəfindən iki ay əvvəl irəli sürülmüşdü.
0
0