UEFA illik gəlirini artırmağa hazırlaşır. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, qitənin ali futbol qurumunun qazancı 3,2 milyardı əhatə edə bilər.
Gəlirin 2018/2019 mövsümündən etibarən artırılması nəzərdə tutulub. Bu, Çempionlar Liqasının formatı və matçların başlanma saatındakı dəyişikliklərin hesabına reallaşacaq.
UEFA-nın ötən mövsüm gəliri 2,35 milyard avro olub.
Bundan əlavə, marketinq gəliri üzrə də yeni model hazırlanır. Bu, ilk növbədə, top-çempionatların təmsilçiləri üçün faydalı olacaq.
Qeyd edək ki, avqustun 6-da UEFA-nın İcraiyyə Komitəsində qəbul edilən qərara əsasən, 2018/2019 mövsümündən başlayaraq, 4 ən reytinqli çempionatın 4 güclü komandası birbaşa Çempionlar Liqasının qrup mərhələsində oynamaq şansı qazanacaq.