[b]UEFA-nın simvolik komandasında 2 türkiyəli[/b]
03.11.2016 - 17:08
[b]UEFA-nın simvolik komandasında 2 türkiyəli[/b]

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turunun simvolik komandasını müəyyənləşdirib. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, heyət dünən və srağagün keçirilən matçlara əsasən formalaşdırılıb.

 

Qitə futbol qurumu təxmini “11-lik” seçərkən 5-2-3 taktiki sxemindən yararlanıb. Maraqlıdı ki, yalnız “Sevilya” heyətdə 2 futbolçu ilə təmsil olunub. Yarımmüdafiə xətti isə Almaniya millisinin Türkiyə əsilli oyunçularından təşkil edilib.

 

Simvolik heyət belədi:

Qapıçı: Ederson (“Benfika”)

Müdafiəçilər: Conatan Kafu (“Ludoqorets”), Tomas Menye (PSJ), Mariano Ferreyra, Serxio Eskudero (hər ikisi “Sevilya”), Aleks Telleş (“Porto”)

Yarımmüdafiəçilər: İlkay Gündoğan (“Mançester Siti”), Məsut Özil (“Arsenal”)

Hücumçular: Radamel Falkao (“Monako”), Antuan Qrizman (“Atletiko”), Robert Levandovski (“Bavariya”)