[b]UEFA “Barselona” – PSJ matçını araşdırır[/b]
10.03.2017 - 12:56
[b]UEFA “Barselona” – PSJ matçını araşdırır[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutan “Barselona” – PSJ görüşü UEFA-nın diqqət mərkəzinə düşüb. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, yerli azarkeşlərin oyun zamanı hərəkətləri Kataloniya klubuna baha başa gələ bilər.

 

Belə ki, meydan sahiblərinin 6:1 hesabı ilə qalib gəldiyi qarşılaşma zamanı ispan fanatların tribunadakı davranışı ilə bağlı UEFA araşdırma aparmaq qərarına gəlib. Bu səbəbdən də baş verənlərə görə intizam istintaqı başladılıb. UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi martın 23-də məsələyə baxacaq.

 

Qeyd edək ki, Parisdə 0:4 hesabı ilə məğlub olan “Barselona” cavab qarşılaşmasındakı qalibiyyətə (6:1) görə, 1/4 final mərhələsinə adlayıb.