[b]UEFA “Qalatasaray”ı cəzalandıra bilər[/b]
19.01.2016 - 10:05
[b]UEFA “Qalatasaray”ı cəzalandıra bilər[/b]

Türkiyənin “Qalatasaray” klubu ciddi problemlə üzləşib. Apasport.az milliyet.com.tr saytına istinadən xəbər verir ki, “sarı-qırmızılılar”a UEFA tərəfindən ciddi sanksiya tətbiq oluna bilər.

 

Buna səbəb “Qalatasaray”ın 2015-2016 mövsümü üçün maliyyə öhdəliklərini yerinə yetirə bilməməsidi. Maliyyə feyr-pley qaydalarını pozan “cim-bom” haqda qərar fevral ayında qəbul ediləcək.

 

“Qalatasaray”a transfer qadağası, pul cəriməsi və ya avrokuboklardan kənarlaşdırılmaq cəzası tətbiq oluna bilər.