Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Slovan” oyununda (2:2) qeydə alınan ən erkən qol rəsmiləşib. Apasport.az saytının məlumatına görə, UEFA qonaqların futbolçusu Yan Sikoranın 10,69-cu saniyədə vurduğu topu turnirin tarixində ən erkən qol elan edib.
O, “Vilyarreal”ın futbolçusu Vitolonun ötən il rəsmiləşdirdiyi rekordu arxada qoyub. O, 13,21-ci saniyədə “Sevilya”nı məyus etmişdi. 3-cü pillədə isə AEK-in oyunçusu İsmael Blankodu. O, BATE ilə matçda 15,19-cu saniyədə fərqlənib.
Qeyd edək ki, Çempionlar Liqasının ən erkən qolu daha tez vurulub. Hollandiyalı Roy Makay 2006/07 mövsümündə keçirilən “Bavariya” – “Real” qarşılaşmasında ispaniyalıların qapısına 10,12 saniyəyə fərqlənib.
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
- 8 illik həsrət bitdi - “Malaqa” yenidən La Liqada