[b]UEFA ən yaxşı futbolçu adına 10 namizədi açıqladı[/b]
18.07.2016 - 14:33
[b]UEFA ən yaxşı futbolçu adına 10 namizədi açıqladı[/b]

UEFA Avropanın ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötən mövsümün ən yaxşısı adına 10 futbolçu iddia edir.

 

Assosiasiyaya üzv olan 55 ölkənin jurnalistləri arasında aparılan sorğunun nəticələrinə əsasən, bu mükafata namizədlər siyahısında Qaret Beyl (Uels, “Real”), Canluici Buffon (İtaliya, “Yuventus”), Antuan Qrizmann (Fransa, “Atletiko”), Toni Kroos (Almaniya, “Real”), Lionel Messi (Argentina, “Barselona”), Tomas Müller (Almaniya, “Bavariya”), Manuel Noyer (Almaniya, “Bavariya”), Pepe (Portuqaliya, “Real”), Kriştianu Ronaldo (Portuqaliya, “Real”) və Luis Suares (Uruqvay, “Barselona”) yer alıblar.

 

Hər respondentin 5 futbolçuya səs verdiyi sorğuda adı çəkilən digər 27 oyunçu isə geridə qalıblar.

 

2015/16 mövsümünün ən yaxşısını seçən jurnalistlər arasında ikinci sorğudan sonra namizədlərin sayı 3-ə enəcək. Onların adları isə avqustun 5-də açıqlanacaq. Mövsümün ən yaxşısı isə avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı bəlli olacaq və mükafatına qovuşacaq.

 

Qeyd edək ki, 2011-ci ildən təqdim olunan mükafatı indiyədək Lionel Messi (2011, 2015), Andres İnyesta (2012), Frank Riberi (2013) və Kriştianu Ronaldo (2014) qazanıb.