[b]UEFA həmyerlimizi Qazaxıstana göndərir[/b]
06.10.2016 - 17:28
[b]UEFA həmyerlimizi Qazaxıstana göndərir[/b]

Asim Xudiyev UEFA-dan yeni təyinat alıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, 21 yaşadək futbolçuların matçında iş başında olacaq.

 

Belə ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Qazaxıstan – Norveç matçının hakim-inspektoru vəzifəsini Xudiyev yerinə yetirəcək.

 

Oktyabrın 11-də baş tutacaq görüş Qazaxıstanın Aktobe şəhərində oynanılacaq.

0