[b]UEFA prezidenti “Qəbələ” – “Maynts” oyununu izləyəcək[/b]
28.09.2016 - 12:06
[b]UEFA prezidenti “Qəbələ” – “Maynts” oyununu izləyəcək[/b]

UEFA prezidenti Aleksander Çeferin Avropa Liqasının “Qəbələ” – “Maynts” (Almaniya) oyununu izləyəcək. Apasport.az saytının məlumatına görə, sloveniyalı funksioner sentyabrın 29-da keçiriləcək C qrupunun oyununa 8-ci km qəsəbə stadionunda tamaşa edəcək.

 

AVRO-2020-nin 4 görüşünə ev sahibliyi edəcək Bakının loqosunun təqdimat mərasiminin qonağı olacaq Çeferin tədbirdən 1 gün əvvəlki matçı izləməyi lazın bilib. O, təqdimat mərasimində iştirak üçün paytaxtımıza səfər edəcək.

 

Mənbə: affa.az