UEFA-nın yeni prezidenti Aleksander Çeferinin ilk səfərinin yeri və tarixi bəlli olub. Apasport.az-ın Gürcüstan Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, qitə futbol qurumunun rəhbəri öncə məhz qonşu ölkəyə yollanacaq.
Sentyabrın 29-da baş tutacaq səfər zamanı sloveniyalı futbol funksionerini UEFA-nın baş katibi Teodor Teodoridis müşayiət edəcək. Qitə futbol qurumu rəhbərinin Tiflisdə yerli futbol federasiyasının prezidenti Levan Kobiaşvili, baş katibi David Muciri, həmçinin hökumət nümayəndələri ilə görüşü nəzərdə tutulub.
Qeyd edək ki, Çeferinlə Teodoridis sentyabrın 30-da Gürcüstandan Azərbaycana gələrək, AÇ-2020-nin 4 oyununa ev sahibliyi edəcək Bakının loqosunun təqdimat mərasimində iştirak edəcək.