Bu gün AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 1-ci moduluna start verilib. Apasport.az saytının məlumatına görə, tədbirdə qurumun baş katibi Elxan Məmmədov və UEFA-nın Məşqçilərin Təhsili şöbəsinin müdiri Frank Ludolph da iştirak edib.
Onlar çıxış edərək, mütəxəssislərə uğurlar arzulayıblar. Məşğələdə “Sumqayıt”ın baş məşqçisi Samir Abasov, yığmamızın köməkçi-məşqçisi Mahmud Qurbanov, “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov və kapitanı Rəşad Sadıqov da iştirak edir.
Mayın 1-də başa çatacaq 1-ci modulun məşğələləri UEFA təlimatçısı Fritz Şmid, həmçinin yerli mütəxəssislər Aslan Kərimov və Osman Rəhimov tərəfindən keçirilir.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”