[b]UEFA Teo Uiksin cəzasının müddətini açıqladı[/b]
31.08.2016 - 17:10
[b]UEFA Teo Uiksin cəzasının müddətini açıqladı[/b]

“Qəbələ” Avropa Liqası matçları öncəsi ciddi itki ilə üzləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar”ın aparıcı futbolçusu Teo Uiksin cəza müddəti müəyyənləşib.

 

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Maribor”la keçirilən görüşdə meydançadan qovulan Uiksə UEFA 2 oyunluq cəza kəsib. Buna səbəb səfər qarşılaşmasının 69-cu dəqiqəsində liberiyalı yarımmüdafiəçinin birbaşa qırmızı vərəqə alması olub.

 

Görüş zamanı yaşanan epizodu müzakirə edən UEFA-nın İntizam Komitəsi futbolçunun 2 oyunluq diskvalifikasiya edilməsini məqsədəuyğun sayıb. Bu isə o deməkdi ki, Uiks qrup mərhələsinin ilk iki turunu buraxacaq. O, sentyabrın 15-də “Anderlext”lə səfər, 29-da isə “Mayns”la ev oyunlarında iştirak edə bilməyəcək.