[b]Uesli Sneyderin yeni komandası bəlli oldu[/b]
06.08.2017 - 17:57
“Qalatasaray”dan ayrılan Uesli Sneyder karyerasını Fransada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi bu gün Nitsaya gedib.
Hollandiyalı futbolçunun sabah tibbi müayinədən keçəcəyi, daha sonra bu şəhərin eyniadlı klubu ilə müqavilə bağlayacağı bildirilib. Müqavilənin müddəti 1+1 illik nəzərdə tutulub.
Bildirilib ki, bu keçid üçün yarımmüdafiəçi illik 1.8 milyon qazanacaq.
Qeyd edək ki, Sneyder bu yay 2012-ci ildən çıxış etdiyi “Qalatasaray”la müqaviləni qarşılıqlı şəkildə ləğv edib.
0
0