[b]Ufuk Budak “Kayserispor”la mərhələ adladı[/b]
21.09.2016 - 09:27
[b]Ufuk Budak “Kayserispor”la mərhələ adladı[/b]

Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak “Kayserispor”un heyətində növbəti oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, 26 yaşlı futbolçu Türkiyə Kubokunun II mərhələsi çərçivəsində "Orhanqazispor"la matçda iştirak edib.

 

Meydana start heyətində çıxan Ufuk 57-ci dəqiqədə Deniz Türüçlə əvəzlənib.

 

Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə nəticələndiyindən, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Burda isə daha 1 qol vuran Kayseri təmsilçisi oyundan 3:2 hesablı qələbə ilə ayrılaraq, növbəti mərhələyə keçib.