[b]Ufuk Budak oynadı, komandası “Sivasspor”la bacarmadı[/b]
04.09.2017 - 16:46
Millimizin sabiq müdafiəçisi Ufuk Budakın çıxış etdiyi “Samsunspor” klubu Türkiyənin Cümhuriyyət Kubokunda iştirak edib. Apasport.az saytı xəbər verir ki, Samsun təmsilçisi mini turnirin ev sahibi “Sivasspor”la üz-üzə gəlib.
Matçın əsas vaxtı 1:1 hesabı ilə nəticələnib. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada isə “Samsunspor” rəqibi ilə bacarmayıb - 4:6.
Meydana start heyətində çıxan Ufuk oyunu sona qədər keçirib.
0
0