[b]Ufuk oynadı, komandası uduzdu[/b]
15.12.2016 - 01:04
[b]Ufuk oynadı, komandası uduzdu[/b]

Türkiyə kubokunun qrup mərhələsində ikinci turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, D qrupunda ilk turu qələbə ilə başa vuran “Beşiktaş” və “Kayserispor” “Vodafone Arena”da üz-üzə gəliblər.

 

Millimizin keçmiş üzvü Ufuk Budakın start heyətində başladığı və sona qədər meydanda olduğu oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

 

Türkiyə kuboku

Qrup mərhələsi

“Beşiktaş” - “Kayserispor” 2:1
Qollar: Frey, 71, Aboubakar, 85 - Yaman, 83

 

Qeyd edək ki, “Beşiktaş” 2 turdan sonra qrup lideridir. “Kayserispor” və “Boluspor” 3 xalla 2-3-cü yerləri bölüşdürürlər. “Darica Gənclərbirliyi”nin isə 2 oyundan sonra xalı yoxdur.