[b]Uğursuz yubiley[/b]
02.10.2017 - 12:41
[b]Uğursuz yubiley[/b]

Azərbaycan Premyer Liqasının VII turu “İnter” üçün yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, paytaxt klubu ölkə çempionatlarında 250-ci ev oyununu keçirib.

 

Lakin bakılılar “Neftçi” ilə qarşılaşmada 0:2 hesabı ilə uduzublar. Bu, “İnter”in öz meydanında keçirdiyi 250 matçda 39-cu məğlubiyyəti olub. Ev oyunlarında 148 dəfə 3 xal qazanan paytaxt futbolçuları 63 dəfə bərabərliklə kifayətləniblər. Öz meydanında 377 qol vuran komanda 163 top buraxıb.

 

Qeyd edək ki, 7 turdan sonra “İnter” 8 xalla turnir cədvəlinin 5-ci pillədə qərarlaşıb.