[b]Uiks qayıtdı, dördü kənara çəkildi[/b]
18.10.2016 - 14:51
[b]Uiks qayıtdı, dördü kənara çəkildi[/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 20-də “Sent-Etyen”lə qarşılaşacaq “Qəbələ” bu gün ölkəni tərk edəcək. Klubdan apasport.az saytına verilən məlumata görə, “qırmızı-qaralar” təxminən 1 saat sonra Fransaya yola düşəcəklər.

 

Çarter reysi ilə birbaşa Sent-Etyen şəhərinə gedəcək “Qəbələ”də oyunöncəsi heyətlə bağlı problemlər var. Teo Uiks cəzasını başa vuraraq, sıraya döndüyü halda, 4 futbolçu bu görüşdə bölgə təmsilçisinə kömək edə bilməyəcək.

 

“İnter”lə çempionat görüşündə zədələnən Rəşad Sadiqov və Baqali Dabonun fransızlarla oyunu buraxacağı dəqiqdi. Sadiqovla müqayisədə Dabonun zədəsi daha ciddidi. Hər iki futbolçu Fransa səfərinə aparılmayacaq.

 

“Qəbələ”nin itkiləri bununla bitmir. Elvin Camalov və Nika Kvekveskiri də “Sent-Etyen”ə qarşı oynamayacaq. Buna səbəb onların da zədədən əziyyət çəkməsidi. Bu isə o deməkdi ki, “Sent-Etyen”lə görüşdə Roman Qriqorçuk daha çox yarımmüdafiə xəttinə futbolçu seçimində çətinlik çəkəcək. Çünki 4 zədəli futbolçudan 3-ü bu mövqedə çıxış edəndi.  

 

Qeyd edək ki, “Sent-Etyen” – “Qəbələ” matçı Bakı vaxtı ilə 23:05-də start götürəcək.