UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra müxtəlif statistik göstəricilər üzrə ən yaxşıları açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçilərindən yalnız “Qəbələ”nin üzvləri liderlər arasındadı.
“Qırmızı-qaralar”in iki futbolçusu üç göstəricidə ön sıralarda yer alıb. Keçirdiyi 5 qarşılaşmada eyni sayda qola sevinən Teo Uiks Avropa Liqasının ən məhsuldar oyunçuları arasındadı.
Belə ki, son matçlaradək hesabında 5 qol olan 3 oyunçudan heç biri fərqlənməyib. Həmçinin onlara çatan da olmayıb. Nəticədə Uiks Mirko Mariç (“Lokomotiv”, Xorvatiya) və İvan Triçkovski (AEK, Kipr) ilə birlikdə liderliyini davam etdirir.
Teonun komanda yoldaşı Baqali Dabo isə iki göstəricidə fərqlənib. 3 məhsuldar ötürmə verən fransalı 1 həftə əvvəlki kimi 3-cü yerə şərikdi. Legioner həm də oyundankənar vəziyyətə düşməsi ilə seçilir. 7 dəfə ofsaydda qalan hücumçu yalnız Cey Donnellidən (“Kliftonvill”, Şimali İrlandiya) geri qalıb 2-ci yeri bölən oyunçulardan biridi.