Rusiyanın “Kuban” klubu ilə yolları ayrılan Yevgeni Seleznyov karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bu ilin əvvəlində “Dnepr”dən ayrılaraq, “Kuban”a yollanan Seleznyovun Rusiya karyerası uğurlu alınmayıb. Belə ki, 31 yaşlı hücumçu Krasnodar klubunda keçirdiyi 10 oyunda cəmi 3 qola imza atıb ki, bunlardan da ikisini penaltidən vurub.
Nəticədə “Kuban”a lazım olmayan Seleznyovla rəhbərlik vidalaşıb. Hazırda komanda axtarışında olan futbolçunun bundan sonra aparıcı klublara keçmək şansının olmadığı qeyd edilib.
Ukraynalı həmkarlarımız Seleznyovun yaşının çox olduğunu əsas gətirərək, onun yalnız 3 ölkədən birinə yollanmaq variantının yaranacağını yazıblar. Qazaxıstan və Belarusun yer aldığı siyahıda Azərbaycanın da adı var.
Seleznyov “Dnepr”dən “Kuban”a Vadim Şablinin vasitəsilə keçmişdi. Tanınmış menecerin bu vaxta qədər Azərbaycana bir neçə oyunçu gətirdiyini nəzərə alsaq, Seleznyovun da ölkəmizə gəlmək ehtimalını real qiymətləndirmək olar.
Qeyd edək ki, Ukraynanın “Dnepr”lə yanaşı, “Şaxtyor” və “Arsenal” klublarında da çıxış etmiş Seleznyov 2008-2016-cı illərdə millidə 46 oyunda 11 qola imza atıb.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı