[b]Ukraynalı qapıçı Azərbaycan klubunun maraq dairəsində[/b]
29.12.2015 - 13:51
[b]Ukraynalı qapıçı Azərbaycan klubunun maraq dairəsində[/b]

“Çernomorets”dən ayrıldıqdan sonra klubsuz qalan Yuri Martışuk karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az footboom.com saytına istinadən xəbər verir ki, bu barədə 29 yaşlı qapıçının agenti Aleksandr Pankov məlumat verib.

 

O bildirib ki, Martışuka 3 ölkədən təklif gəlib: “Hazırda Slovakiya və Çexiya təmsilçiləri olmaqla, 2 klubla danışıq aparırıq. Bundan əlavə, siyahıda Azərbaycan klubu da var ki, onunla da danışıq davam edir”.

 

Pankov müştərisinin xidmətində maraqlı olan Azərbaycan klubunun adını açıqlamasa da, bunun “Qəbələ” olduğunu ehtimal etmək olar. “Qırmızı-qaralar”ın ukraynalı baş məşqçisi Roman Qriqorçuk geridəqalan müddət ərzində “Qəbələ”yə bir neçə həmyerlisini gətirib. Bu mənada, Martışuku da məhz Qriqorçukun istəməsi ən inandırıcı variantdı.

 

Qeyd edək ki, karyerası ərzində “Karpatı” və “Zarya” klublarının da formasını geyinmiş Martışuk Ukraynanın 19 və 21 yaşadək futbolçulardan ibarət yığmalarında çıxış edib.