[b]Ulduz futbolçu 4 il müddətinə diskvalifikasiya oluna bilər[/b]
06.01.2017 - 16:31
[b]Ulduz futbolçu 4 il müddətinə diskvalifikasiya oluna bilər[/b]

“Sevilya”nın yarımmüdafiəçisi Samir Nəsri futboldan uzaqlaşdırıla bilər. Apasport.az saytı xəbər verir ki, buna səbəb ulduz futbolçunun Los-Ancelesdə müalicə olunmasıdı.

 

Məsələ burasındadı ki, həmin şəhərdəki “DripDoctors” klinikası vitamin terapiyasında ixtisaslaşıb. Bu cür müalicələr isə dopinqin izlərini örtə bilir. İspaniya Antidopinq Agentliyi də bu üzdən Nəsrini yoxlamaq qərarına gəlib. Əgər fransalı futbolçunun dopinqdən istifadəsi təsdiqlənərsə, o, 4 il müddətinə diskvalifikasiya oluna bilər.

 

Qeyd edək ki, müqavilə ilə “Mançester Siti”yə məxsus olan Samir Nəsri “Sevilya”da icarə əsasında çıxış edir.