[b]Ulduz futbolçu ikinci liqa klubunda[/b]
23.03.2017 - 21:02
[b]Ulduz futbolçu ikinci liqa klubunda[/b]

Ulduz futbolçu Didye Droqbanın yeni klubunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Fil Dişi Sahili millisinin sabiq üzvü karyerasını yenə ABŞ-da davam etdirəcək.

 

Belə ki, “Monreal İmpakt”dan ayrıldıqdan sonra işsiz qalan hücumçu bu ölkənin ikinci liqasında çıxış edən “Finiks Raysinq” klubu ilə anlaşıb. 39 yaşlı Droqba yeni klubunda “Çelsi”də birlikdə çıxış etdiyi ingilis futbolçu Şon Rayt-Fillipslə yanaşı top qovacaq.

 

Qeyd edək ki, Fransada “Le Man” və “Genqam” klublarında çıxış etmiş hücumçu 2004-cü ildə “Marsel”dən “Çelsi”yə 38,5 milyon avroya transfer olunub. O, sonrakı illərdə Çinin “Şanxay Şenxua”, Türkiyənin “Qalatasaray” və ABŞ-ın “Montreal İmpakt” klublarında top qovub.