[b]Ulduz futbolçudan 100 minlik mərc[/b]
19.10.2016 - 10:40
[b]Ulduz futbolçudan 100 minlik mərc[/b]

“Antalyaspor”un ulduz futbolçusu Samuel Eto maraqlı addım atıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, kamerunlu hücumçu klubun azarkeşlərindən biri ilə mərcə girib.

 

Belə ki, Eto “Antalyaspor”un cari mövsümü ilk “10-luq”da tamamlamayacağı təqdirdə həmin azarkeşə 100 min avro pul verəcəyinə söz verib. Əks təqdirdə azarkeşin ona nə verəcəyi barədə informasiya yoxdu.

 

Qeyd edək ki, “Antalyaspor” Türkiyə Superliqasında 7 turdan sonra 3 xalla turnir cədvəlinin sonuncu – 18-ci pilləsində qərarlaşıb.

0