[b]Ulduz futbolçunun evi müsadirə edildi[/b]
16.12.2016 - 16:51
[b]Ulduz futbolçunun evi müsadirə edildi[/b]

“Arsenal”ın hücumçusu Aleksis Sançes İspaniyadan aldığı xəbərə üzülüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Çili millisinin üzvünün Barselonadakı evi müsadirə edilib.

 

Buna səbəb hələ “Barselona”da oynayarkən vergi borcu olan Sançesin həmin pulu ödəməməsidi. 2011, 2012 və 2013-cü illərdə Sançesin 2 milyon 297 min 118 avro 75 sent vergi borcu yığılıb. Futbolçu həmin pulu vaxtında ödəmədiyindən, faiz və cəzalarla birlikdə borc 3,7 milyon avroya çatıb. Sançesin pulu ödəmədiyini görən hökumət onun Barselonadakı evinin müsadirə edilməsinə qərar verib.

 

Qeyd edək ki, 2011-2014-cü illərdə “Barselona”nın formasını geyinən Aleksis Sançes 2 ildi “Arsenal”ın şərəfini qoruyur.