[b]Uruqvay məğlubiyyətlə başladı[/b]
06.06.2016 - 09:17
[b]Uruqvay məğlubiyyətlə başladı[/b]

ABŞ-da təşkil edilən Amerika Kubokunda növbəti oyunlar baş tutub. Apasport.az saytının məlumatına görə, C qrupunda ilk turun qarşılaşmaları oynanılıb.

 

Qrupun favoriti Uruqvay yığması gözlənilmədən Meksika ilə görüşdə məğlubiyyətə düçar olub. Luis Suaresin yoxluğunda Cənubi Amerika təmsilçisi son dəqiqələrdə buraxdığı qollarla 1 xalı əldən verib.

 

Qrupun digər matçında isə Venesuela Yamayka üzərində 1:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, sabah səhər saatlarında D qrupunda mübarizəyə start veriləcək. Öncə Panama – Boliviya (Bakı vaxtı ilə 03:00), ardından isə Argentina – Çili (06:00) oyunları keçiriləcək.

 

Amerika Kuboku – 2016

C qrupu

I tur

 

Meksika – Uruqvay - 3:1

Qollar: Pereyra, 4 (avtoqol); Markes, 85; Errera, 90+2 – Qodin, 74

 

Yamayka – Venesuela - 0:1

Qol: Jozef Martines, 15