[b]Uruqvay millisinin üzvü “Barselona”da![/b]
31.01.2017 - 11:00
“Barselona” qış transfer dönəminin ilk keçidini reallaşdırıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubu müdafiəçi transfer edib.
Belə ki, Uruqvayın “Penarol” klubunun gənc oyunçusu Santyaqo Bueno karyerasını “Barsa”da davam etdirəcək. Uruqvayın gənclər millisinin üzvü ispanlarla hərtərəfli anlaşıb. 18 yaşlı mərkəz müdafiəçisinin gün ərzində yeni komandası ilə rəsmi müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Santyaqo Bueno bir müddət “Barselona”nın əvəzedici komandasında çıxış edəcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0