Yüngül atletika üzrə Olimpiya çempionu və dünya rekordçusu Useyn Bolt peşəkar futbola başlayacağını bir daha təsdiqləyib. Apasport.az saytının məlumatına görə, “I am Bolt” (Mən Boltam) adlı bioqrafik filmin təqdimetmə mərasimində danışan dünya şöhrətli atlet “Borussiya”da məşqlərə başlayacağını deyib.
Futbola olan sevgisi ilə daim diqqət mərkəzində olan və xəyalı “Mançester Yunayted”də oynamaq olan yamaykalı sprinter Dortmund klubu ilə birlikdə hazırlaşmaqla yanaşı, həm də alman klubunun hücumçusu Obameyanqla qaçış yarışı keçirəcək.
Belə ki, televiziya verilişlərinin birində qabonlu oyunçuya 30 metrə məsafəyə qaçışda meydan oxuyan Boltun bu təklifi Pyer Erik tərəfindən qəbul edilmişdi.
Qeyd edək ki, bu xəbəri keçən həftələrdə “Borussiya”nın direktoru Hans Yoahim Vazke də təsdiqləmişdi.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı