[b]Van Persi İngiltərəyə qayıdır?[/b]
30.12.2015 - 11:11
[b]Van Persi İngiltərəyə qayıdır?[/b]

“Fənərbaxça”nın hücumçusu Robin van Persi yenidən İngiltərəyə qayıda bilər. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, Premyer Liqanın iki klubu hollandiyalı forvardın xidmətində maraqlıdı.

 

“Barselona”nın da gündəmində olan 32 yaşlı futbolçu uğrunda mübarizəyə “Çelsi” və “Liverpul” da qoşulub. “Fənərbaxça”da baş məşqçi Vitor Pereyra ilə yola getmədiyi üçün əsas heyətə düşməkdə çətinlik çəkən van Persi özü də Türkiyəni tərk etmək fikrindədi.

 

Həm “Çelsi”, həm də “Liverpul” qış fasiləsində onu transfer etmək niyyətindədi. İstanbul klubu isə 30 milyon avro müqabilində ulduz futbolçunu sata biləcəyini bəyan edib.

 

Qeyd edək ki, Robin van Persinin karyerasının böyük hissəsi İngiltərə Premyer Liqası ilə bağlıdı. “Feyenord”un yetirməsi olan oyunçu 2004-2012-ci illərdə “Arsenal”ın, 2012-2015-ci illərdə isə “Mançester Yunayted”in formasını geyinib.