[b]“Qəbələ”nin hər gedişinə bələdəm" - Vasilias Teodoru [/b]
20.07.2016 - 21:11
[b]“Qəbələ”nin hər gedişinə bələdəm" - Vasilias Teodoru  [/b]

“Qəbələ” ilk oyunda özünü çox yaxşı göstərdi. İstərdik ki, öz meydanımızda qalib gələk. Amma əfsuslar olsun ki, bunu bacarmadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri MTK klubunun baş məşqçisi Vasilias Teodoru deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Macarıstan təmsilçisi sabah “Qəbələ”nin qonağı olacaq. Bu gün mətbuat konfransı keçirən Teodoru cavab görüşü öncəsi bunları deyib: “Qəbələ” çox güclü rəqibdi. Onların oyunlarına çox baxmışam, hər gedişlərinə bələdəm. Çalışacağıq ki, sabah yaxşı oynayaq və evimizə gülərüz qayıdaq”.

 

- “Qəbələ” ilk görüşdə sizi nə ilə təəccübləndirmişdi?

- İlk oyun bizim üçün yaxşı başlamışdı. Sonra rəqibin qapısına  penalti təyin edilsə də, vura bilmədik. Buna təəssüflənirəm. Artıq diqqətimizi sabahkı matça yönəltmişik.

 

- Heyətinizdə yer alan əksər futbolçular macar oyunçulardı, üstəlik öz yetirmələrinizdi. Sabah daha çox legionerlərdən təşkil olunmuş “Qəbələ” ilə oyunda hansı taktika ilə çıxış edəcəksiz?

- “Liverpul” akademiyası ilə müqaviləmiz var, bizim oyunçular orda təlim keçiblər. Heyətimizdə öz oyunçularımızdı. Amma 2 legionerimiz də var. Sabah da 80 faiz öz macar futbolçularımızla oynayacağıq. Həm müdafiəyə, həm də hücuma fikir verəcəyik. Mərhələ adlamaq üçün 2 qol vurmalıyıq.