[b]Vəli Qasımov xəstəxanaya yerləşdirildi, Tofiq Mustafayev komandanın “sükanı arxasında”[/b]
10.09.2016 - 12:17
“Neftçi”nin baş məşqçisi Vəli Qasımovun səhhətində problem yaranıb. Apasport.az saytının məlumatına görə, 47 yaşlı çalışdırıcı müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib.
Bu səbəbdən də Bakı klubunu Topaz Premyer Liqasının IV turunda meydana Qasımov çıxarmayacaq. “Neftçi” “Qəbələ” ilə görüşə köməkçi-məşqçi Tofiq Mustafayevin rəhbərliyi altında çıxacaq.
Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu bu gün saat 20:00-da başlayacaq.
0
0