[b]Vəli Qasımovdan maraqlı addım [/b]
18.07.2016 - 16:06
[b]Vəli Qasımovdan maraqlı addım [/b]

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Makedoniyada “Şkendiya”nın qonağı olacaq “Neftçi” hazırlığını davam etdirir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” oyunöncəsi Bakıdakı son məşqlərini sabah keçirəcəklər.

 

Vəli Qasımov yetirmələrini səhər saatlarında bir araya gətirəcək. 08:30-da keçiriləcək məşqin klubun bazasında baş tutacağı gözlənilir.

 

Komanda səhər məşqində iştirak etdikdən sonra dərhal Heydər Əliyev Beynəlxalq Hava Limanına yola düşəcək. Bakı – İstanbul – Skopye aviareysi ilə hərəkət edəcək “Neftçi” paytaxtı 13:00-da tərk edəcək.

 

Qeyd edək ki, “Şkendiya” – “Neftçi” matçı iyulun 21-də keçiriləcək.  

0