“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil karyerasını başqa klubda davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu “topçular”ın baş məşqçisi Arsen Venger deyib.
Fransalı mütəxəssis Özilin hələ də yeni müqavilə imzalamadığını və son qərarını gözlədiklərini söyləyib. Belə ki, Almaniya millisinin üzvü mövsümün sonuna qədər olan sözləşməsini yanvara qədər uzatmasa, “Arsenal” onun satışından qazanc əldə etmək üçün transferə çıxaracaq: “Hər ehtimalı nəzərə almışıq. Yanvarda Özili sata bilərik”.
Qeyd edək ki, Məsut Özil “Arsenal”a 2013-cü ildə “Real”dan keçib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"