İngiltərə çempionatının VII turunda “Brayton”la keçirilən oyun “Arsenal”ın baş məşqçisi Arsen Venger üçün əlamətdar olub. Apasport.az saytı xəbər verir ki, 2:0 hesablı qalibiyyət fransalı çalışdırıcının yeni rekorda imza atması ilə nəticələnib.
Məsələ burasındadı ki, Venger “Arsenal”ın baş məşqçisi postunda Premyer Liqada 45-ci komanda üzərində qələbə qazanıb.
Əvvəl rekord 44 fərqli komandanı üstələmiş “Mançester Yunayted”in çalışdırıcısı Aleks Ferqyussona məxsus idi. Şotlandiyalı mütəxəssisə çatan Vengerə onu keçmək də müəssər olub.
Qeyd edək ki, Arsen Venger “Arsenal”ı 1996-cı ildən çalışdırır.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”