[b]Vengerin əvəzinə Alleqri?[/b]
29.12.2016 - 13:41
[b]Vengerin əvəzinə Alleqri?[/b]

Yayda “Arsenal” klubunun baş məşqçi postunda dəyişiklik edilə bilər. Apasport.az saytı “tuttomercatoweb” portalına istinadən xəbər verir ki, Arsen Vengerin London klubundan ayrılacağı bildirilir.  

 

Onu bu postda “Yuventus”un çalışdırıcısı Massimiliano Alleqri əvəzləyə bilər. Bu təyinatın yayda rəsmiləşəcəyi gözlənilir.

 

Vengerin “Arsenal”la sözləşməsinin müddəti 2017-ci ilin yayında başa çatacaq. “Topçular” fransalı çalışdırıcıya hələ yeni müqavilə təklif etməyib. Məhz bu məqam Vengerin London klubundan ayrılmaq ehtimalının yüksək olduğunu göstərir.