[b]Verratti Aqolliyə qarşı oynamayacaq[/b]
02.10.2017 - 09:36
PSJ-nin futbolçusu Marko Verratti İtaliya yığmasından kənarlaşdırılıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, buna 25 yaşlı yarımmüdafiəçinin zədəsi səbəb olub.
Onu millidə Nikolo Barella əvəzləyib. Bu isə o deməkdi ki, Verratti DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Makedoniya və Albaniya ilə oyunları buraxacaq.
Makedoniya ilə oktyabrın 6-da qarşılaşacaq “Skuadra Adzurra” 3 gün sonra albanlarla üz-üzə gələcək.
Qeyd edək ki, “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Albaniya yığmasının üzvüdü.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0