[b]Veteran zəfərlə vidalaşdı[/b] - [b]FOTO[/b]
12.04.2016 - 21:56
[b]Veteran zəfərlə vidalaşdı[/b] - [b]FOTO[/b]

Kolumbiyada keçiriləcək futzal üzrə dünya çempionatına vəsiqə uğrunda pley-off cavab qarşılaşmasında meydana çıxan Rəcəb Fərəczadə üçün bu matç sonuncu olub. Apasport.az saytının məlumatına görə, veteran futbolçu bu oyunla milli komanda karyerasına son qoyub.

 

Start fitindən əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov və Futzal Federasiyasının prezidenti Zaur Axundov tərəfindən təbrik edilən və xatirə hədiyyəsi təqdim edilən Fərəczadə matçın sonunda meydana da çıxaraq, milli karyerasını möhtəşəm zəfərlə başa vurub.

 

Qeyd edək ki, ilk oyunda səfərdə 5:1 qələbə qazanan yığmamız, öz meydanında 4:4 hesablı bərabərliyə razılaşaraq, tarixində ilk dəfə mundiala getməyə haqq qazanıb.