“Bavariya”nın çilili futbolçusu Arturo Vidalın komandanın baş məşqçisi Xosep Qvardiolanın “gözündən düşməsinin” səbəbi bəlli olub. Apasport.az saytı “Bild” nəşrinə istinadən xəbər verir ki, buna 29 yaşlı yarımmüdafiəçinin qış toplanışında özünü pis aparması səbəb olub.
Belə ki, Vidal Qətər toplanışı zamanı bir neçə dəfə spirtli içki qəbul edib. Tez-tez komandanın məşq bazasını tərk edən futbolçu geri sərxoş vəziyyətdə qayıdıb.
Bu isə Qvardiolanın kəskin narazılığına səbəb olub. Nəticədə ispan çalışdırıcı Vidalla ciddi söhbət edərək, onu qeyri-peşəkarlıqda günahlandırıb.
Qeyd edək ki, qış fasiləsindən sonra “Bavariya”nın çempionatda keçirdiyi hər iki görüşdə Vidal əsas heyətdən kənarda qalıb. O, “Hamburq”, həm də “Hoffenhaym”la oyuna ikinci hissədə daxil olub.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"