[b]Vladimir Dmitrovski “Qarabağ”dan ayrılmasının səbəbini açıqladı[/b]
05.01.2016 - 14:35
[b]Vladimir Dmitrovski “Qarabağ”dan ayrılmasının səbəbini açıqladı[/b]

“Son 3 ay yarımı “Qarabağ”da keçirmişdim. Bu klubda o qədər də çox oynamaq imkanı qazanmırdım. Bu üzdən “Teplitse”dən təklif gələn kimi necə cavab verəcəyim aydın idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın sabiq futbolçusu Vladimir Dmitrovski deyib.

 

Çexiyanın “Teplitse” klubuna keçən makedoniyalı legioner yeni komandasının rəsmi saytına müsahibəsində Ağdam təmsilçisində möhkəmlənə bilməməyinin səbəbini də açıqlayıb: “Qarabağ”la məni buraxması ilə bağlı razılıq əldə edib, yeni klubuma keçdim. Azərbaycan klubunda daim oynaya bilməməyimin səbəblərindən biri o oldu ki, komandaya gec qoşuldum. Sentyabrın 3-də onların düşərgəsində olduğumdan avrokuboklara da sifariş edilmədim. Bundan başqa, komandamızda 12 legioner var idi ki, onlardan yalnız 6-sı meydana çıxmaq imkanına malik idi. Baş məşqçi də fərqli-fərqli seçimlər edirdi. Yeni klubumda layiq olsam, “Qarabağ”dakı ilə müqayisədə daha çox şans qazanacam. Bunun üçün səylə məşq edib, çalışacam”.

 

Qeyd edək ki, “Qarabağ”a 2015-ci ilin sentyabrında keçən Vladimir komandanın heyətində Premyer Liqada 3, kubokda 1 oyun keçirib.

 

0