[b]Favorit Ronaldodu - sabiq "Barselona"lı[/b]
02.12.2016 - 13:44
[b]Favorit Ronaldodu - sabiq "Barselona"lı[/b]

Qətərin “Əl-Sədd” klubunun futbolçusu Xavi Ernandes “Qızıl top”a namizədlərini açıqlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Barselona”nın sabiq kapitanı “Real”ın hücumçusu Kriştianu Ronaldonun favorit olduğunu bildirib.

 

Onun fikrincə, Ronaldo bu mükafat uğrunda mübarizədə keçmiş komanda yoldaşı Lionel Messi ilə yarışacaq: “Əgər komandaların il ərzində qazandıqları titullara görə seçim aparılsa, favoritin Ronaldo olduğunu deyə bilərəm. Yox, əgər dünyanın ən güclü futbolçusu seçilirsə, şübhəsiz, qalib Messi olmalıdı”.

 

Qeyd edək ki, Xavi 17 il formasını geyindiyi “Barselona”nı ötən il “Əl-Sədd”ə dəyişib.