[b]Yaponiya çempionu 1/4 finalda[/b]
08.12.2016 - 17:01
[b]Yaponiya çempionu 1/4 finalda[/b]

Klublararası dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, Yaponiyada keçirilən sayca 13-cü mundialın açılış oyununda yerli “Kaşima” ilə Yeni Zelandiyanın “Oklend” klubu üz-üzə gəlib.

 

Hesabı Okeaniya təmsilçisi açsa da, “Gündoğar ölkə”nin çempionu əzmkar qələbə qazanıb. Kimin 50-ci dəqiqədəki qoluna 67-ci dəqiqədə Akasaki cavab verib. Kanazakinin 88-ci dəqiqədəki qolu isə görüşün taleyinə aydınlıq gətirib.

 

2:1 hesablı qələbə qazanan “Kaşima” 1/4 finala yüksəlib. Asiyalılar bu mərhələdə CAR-ın “Mamelodi Sandaunz” klubu ilə görüşəcək. Oyun dekabrın 11-də baş tutacaq.