[b]Yaşıl meydanlarda olduğu qədər, “bəyaz pərdə”də də boy göstərən futbol ulduzları - FOTOSESSİYA[/b]
11.04.2016 - 00:00
[b]Yaşıl meydanlarda olduğu qədər, “bəyaz pərdə”də də boy göstərən futbol ulduzları - FOTOSESSİYA[/b]

Bəzi futbolçular var ki, onların istedadları yalnız yaşıl meydanlarla sərhədlənmir. Karyeralarını bitirdikdən sonra və ya aktiv futbolçu vaxtlarında kamera qarşısına keçən, bədii və sənədli filmlərdə, həmçinin seriallarda yer alan ulduz oyunçular olub. Apasport.az saytı, belə futbolçulardan bəzilərini təqdim edir.

 

 

 

 

 

 

 

1. Dieqo Armando Maradona

 

New Argentina coach Diego Maradona (L) a

 

Hər hərəkəti ilə qalmaqalların mərkəzində olan argentinalı əfsanə film sahəsində də özünü sınayıb. Futbol tarixinin ən yaxşılarından olan Maradona 2007-ci il istehsalı olan “Tanrının əlləri” (The hands of god) sənədli filmində rol alıb. Dieqo bundan başqa 2008-ci ildə serb rejissor Emir Kusturitsanın lentə aldığı “Maradona by Kusturica” sənədli filmində də çıxış edib.

 

2. Ronaldo Luis Nazario

 

 

Dünyanın gəlmiş-keçmiş ən yaxşı qolçularından biri olan braziliyalı Ronaldo “Mayk Basset: İngilis menecer” (Mike Basset: England Manager) sitkomunda, “Qol 2” və “Qol 3” sənədli filmlərində oynayıb.

 

3. Bobbi Mur

 

FBL-WC2014-ENG-MOORE-WAXWORK

 

İngiltərə futbolunun ən yaxşı ulduzlarından biri olan Bobbi Silvestr Stallone və Pele ilə birlikdə “Zəfərə qaçış” filmində çəkilib.

 

4. Zinəddin Zidan

 

ziın

 

2008-ci ildə Fransada çəkilən “Asteriks Olimpiya oyunları” filmində Zidan da çəkilib. Ondan əlavə filmdə Mixael Şumaxer, Toni Parker kimi idmançılar da rol alıb.

 

5. Erik Kantona

 

Eric Cantona of Manchester United

 

Futbol karyerası boyunca hər zaman göz önündə olan Kantona 1998-ci ildə “Elizabet”, 2008-ci ildə “Fransız” (French) və 2009-cu ildə isə “Erikin axtarışında” (Looking for Eric) filmlərinə çəkilib.

 

6. Karlo Ançelotti

 

FBL-EUR-C1-REALMADRID-JUVENTUS

 

İtaliyalı jurnalist Covannino Quareşinin yaratdığı bir obraz olan Don Kamillonun həyatından bəhs edən “Don Kamillonun dünyası” (The world of Camillo) filmində rahib həm də qəsəbədəki futbol komandasının məşqçisidi. Həmin komandada forma geyinən futbolçulardan biri də Karlo Ançelottidi.

 

7. Pele

 

pele

 

“Futbol Kralı” Silvestr Stalonne və ingilis Bobbi Murla birlikdə “Zəfərə qaçış” filmində çıxış edib. Ayrıca “Mayk Basset: İngilis menecer” (Mike Basset: England Manager) sitkomunda öz obrazını canlandırıb.

 

8. Devid Bekhem

 

David Beckham Match for Children in aid of UNICEF

 

Çox məşhur “Qol” filmində oynayan Bekhem bundan başqa 2014-cü ildə çəkilən ingilis serialı “Ancaq axmaqların bəxti gətirir”də (Only fools and horses) bir seriyada kamera qarşısına keçib.

 

9. Metin Oktay

 

http://www.90min.com/tr/posts/3101094-spor-toto-super-lig-de-bu-sezon-en-fazla-gol-kaciran-30-futbolcu

 

Türk futbolunun “Tacsız kralı” Metin Oktay 1959-cu ildə çəkilmiş “Könül kimi sevərsə” adlı filmdə epizodik olaraq özünü oynayıb. 1965-ci ildə isə ssenarisi öz həyatı üzərinə qurulan və Atıf Yılmazın rejissorluq etdiyi “Tacsız Kral” filmində Ajda Pekkan, Ayten Gökçer və Gönül Yazar ilə birlikdə baş rola çəkilib.

0