[b]Yaşin, Akinfeyev, Kramarenko və Mehdiyev[/b]
13.03.2017 - 09:47
[b]Yaşin, Akinfeyev, Kramarenko və Mehdiyev[/b]

Rusiya MOİK-inin qapıçısı İqor Akinfeyev yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın “Tom”la qarşılaşmasında (4:0) qapısını toxunulmaz saxlayan 30 yaşlı qolkiper 161-ci quru oyununu keçirib.

 

İqor bununla SSRİ və Rusiya miqyaslı yarışlarda 100 və daha çox matç keçirənlərin siyahısında 1-ci yeri ələ alıb. Akinfeyev 160 quru matç keçirən əfsanəvi Lev Yaşini arxada qoyub.

 

Azərbaycan futbolunun əfsanəsi Sergey Kramarenko bu siyahının 10-cu pilləsinə şərikdi. “Neftçi”nin sabiq qapıçısı SSRİ çempionatlarında 116 quru matç keçirib.

 

Müqayisə üçün müstəqillikdən sonra keçirilən Azərbaycan çempionatlarında 2 qapıçının 116-dan da çox matçda qapısını qoruya bilib. Bunlar hesabında 139 quru matçla çempionatlarımızın rekordçusu olan Rauf Mehdiyev və ondan 19 oyun geri qalan Hüseyn Məhəmmədovdu.