[b]Yaxşı ki, Antiqua və Barbuda var...[/b]
02.12.2016 - 12:18
[b]Yaxşı ki, Antiqua və Barbuda var...[/b]

FİFA dekabrın 22-də milli komandaların növbəti reytinq cədvəlini açıqlayacaq. Apasport.az saytının məlumatına görə, “football-rankings”in mütəxəssisləri 20 gün öncədən siyahı ilə bağlı ehtimallarını tərtib edib.

 

Sonuncu dəfə noyabrın 24-də açıqlanan siyahıda cüzi dəyişikliklər olacaq. Çünki hesabat dövründə cəmi 8 rəsmi matç nəzərə tutulub. Bu üzdən indidən cədvəllə bağlı mülahizələr mümkün olub.

 

Heç bir matça çıxmayacaq Azərbaycan millisinin də mövqeyi dəyişəcək. Düzdü, yığmamızın Zambiyadan geri düşüb, bir pillə geriləyəcəyi haqda da ehtimallar mövcud idi. Lakin ekspertlər afrikalıların mövqeyinin dəyişməyəcəyini, yığmamızın isə 1 pillə irəliləyəcəyini vəd edir. Bu, vur-tut 86 min əhalisi olan Antiqua və Barbudanın 11 pilləlik enişi sayəsində gerçəkləşib. Ada ölkəsinin aşağı yuvarlanması millimizi 89-cu yerə daşıyır.

 

Son reytinq siyahısında olduğu kimi, 386 xala malik Robert Prosineçkinin yetirmələri təxmini cədvəldə planetin 89-cusudu.

 

Millimiz və “qonşular”ı

83 (84). Farer adaları - 422

83 (84). Norveç - 422

85 (86). Liviya – 417

86 (87). Ermənistan – 412

87 (98). Qətər - 411

88 (89). Keniya - 395

89 (90). Azərbaycan - 386

90 (91). Toqo – 385

91 (91). Zambiya – 374

92 (101). Ruanda - 373

93 (82). Antiqua və Barbuda – 370

94 (93). Finlandiya – 368

 

Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik gözlənilmir. Liderlərin xal hesabları da dəyişməz qalacaq.

 

İlk “onluq”

1 (1). Argentina – 1634

2 (2). Braziliya – 1544

3 (3). Almaniya – 1433

4 (4). Çili – 1404

5 (5). Belçika – 1368

6 (6). Kolumbiya – 1345

7 (7). Fransa – 1305

8 (8). Portuqaliya – 1229

9 (9). Uruqvay – 1187

10 (10). İspaniya – 1166

 

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən yalnız Norveçi dəyişiklik gözləyir. Skandinaviyalılar 1 pillə irəliləyəcək.

 

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

3 (3). Almaniya – 1433

32 (32). Şimali İrlandiya - 767

43 (43). Çexiya - 671

83 (84). Norveç - 422

202 (201). San-Marino – 17

 

Qeyd edək ki, qonşu Türkiyə yığması 24-cü yerdə qalacaq. “Ay-ulduzlular” ehtimallar cədvəlində 851 xala malikdi.