[b]Yeddi “samba”çılı yığmamız rekorda şərik çıxdı[/b]
09.09.2016 - 10:21
[b]Yeddi “samba”çılı yığmamız rekorda şərik çıxdı[/b]

Azərbaycan millisi Kolumbiyada keçiriləcək futzal üzrə dünya çempionatında ən çox legionerə güvənən komandalardan biridi. Apasport.az saytının məlumatına görə, mundialda ən çox milliləşən braziliyalılara güvənənlərlə bağlı statistik göstəricilər açıqlanıb.

 

Planetin ən güclü futbolçu və futzalçı ixracatçısı olan Cənubi Amerika təmsilçisi mundialda da fərqlənib. Belə ki, Kolumbiyada 25 “sambaçı” digər yığmaların heyətində yer alıb.

 

Onlar 6 komandanı təmsil edir. Bunlar Azərbaycan, İtaliya, Rusiya, Qazaxıstan, Solomon adaları və İspaniyadı.

 

Bu “25-lik”dən 22-si oyunçu, 3-ü baş məşqçidi. Ən çox braziliyalı Azərbaycan və İtaliyanın heyətindədi. Sonuncular oyunçu sayında rekordçudu. Appenin təmsilçisi 7 braziliyalı futzalçı ilə mindiala yollanıb.

 

Azərbaycan yığmasında isə belə legionerlərin sayı 6-dı. Lakin baş məşqçi Miltinyo həmyerlilərinin sayını 7-yə çatdırır.

 

Qrup oyunlarını Medelyin şəhərində keçirəcək millimizin heyətində olan 13 oyunçudan 6-sı braziliyalıdısa, 7-si yerli oyunçudu. Futzalımızın yetirmələri Rövşən Hüseynli, Emin Kürdov, Rizvan Fərzəliyev, Vitali Borisov, İsa Atayev, Xətai Bağırov və Ramiz Çovdarovdu.

 

Komandamızın “sambaçılar”ı isə Tyaqo Teles Martins, Fineo de Araujo, Eduardo Mello Borqes, Fabio Joze Polletto, Uilyams Oliveyra do Naşimento və Everton Kardosadı.