Azərbaycan Premyer Liqasının XXV turu bir qarşılaşmada eyni komandanın lehinə 2 penalti təyin olunması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Gəncədə keçirilən “Kəpəz” – “Neftçi” qarşılaşmasında qonaqlar iki dəfə 11 metrlik cərimə zərbəsi ilə cəzalanıb.
Meydan sahiblərinin futbolçusu Tural Axundovun dəqiq yerinə yetirdiyi zərbələr “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib.
Cari mövsümdə ikinci dəfədi ki, bir komanda 2 dəfə belə imkan qazanır. Maraqlıdı ki, ilk belə hadisə də “Kəpəz”in oyunu zamanı yaşanıb. XIV turun ötən il dekabrın 17-də baş tutan görüşündə “Qəbələ” Gəncə təmsilçisi ilə ev matçında penaltilərlə qalib gəlib. Həmin matçda ümumiyyətlə 3 qol 11 metrlik nöqtədən vurulub – 2:1.