“Qarabağ” Çempionlar Liqasında yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində ardıcıl 3 oyunda qol buraxmayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Cari mövsüm II təsnifat mərhələsində “Samtredia” ilə qarşılaşmalarda (5:0, 1:0) qapısını toxunulmaz saxlayan ölkə çempionu seriyasını davam etdirib.
Ağdamlılar “Şerif”lə III təsnifat mərhələsinin ilk oyununda qolsuz sülhlə barışıb. Bunadək heç bir klubumuz Çempionlar Liqasında belə göstəriciyə imza atmamışdı.
“Qarabağ” üç, “Neftçi” iki dəfə ardıcıl 2 quru matç keçirsə də, beş seriyadan heç biri 3-ə çatmamışdı. Ağdamlılar 4-cü seriyasında buna nail olub. Ümumilikdə avrokuboklar tarixinə nəzər salsaq, “Qarabağ” 5-ci dəfə üçoyunluq quru seriyaya imza atıb.
Bu da klub rekordunun növbəti dəfə təkrarlanmasıdı.
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu