Sabah Premyer Liqada XVI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, 2017-ci ilin ikinci turunun qarşılaşmaları iki gün davam edəcək.
Əlverişsiz hava şəraiti üzündən iki oyununun yeri dəyişdirilən tur yüksək məhsuldarlıq vəd edir. İlk iki dövrədə ən çox qol məhz bu komandaların duellərində vurulmuşdu. Bu da ilk iki pillədə qərarlaşan komandanın son sıralarda yer alan rəqiblərini sınağa çəkməsi ilə bağlıdı. IV turda 19, X turda 12 qolun qeydə alındığı matçlardan ikisi paytaxt, ikisi kənarda baş tutacaq.
Turun ilk matçında turnir cədvəlinin əks qütblərində qərarlaşan komandalar görüşəcək. Çempionatın lideri “Qarabağ” son pillədə qərarlaşan AZAL-ın qonağı olacaq. Son iki qarşılaşmada xal itkisi ilə üzləşən Ağdam təmsilçisi autsayderi də məğlub edə bilməsə, ilk pilləni əldən verə bilər. “Təyyarəçilər” isə qələbə qazansa, son sıranı tərk edəcək.
Liderin büdrəməsi “Qəbələ”nin işinə yaraya bilər. “Neftçi” ilə səfərdə görüşməli olan “qırmızı-qaralar” hava şəraiti ilə əlaqədar rəqibini evdə sınağa çəkəcək. İlk iki matçda rəqibini darmadağın edən əyalət klubu liderin büdrəməsindən yararlanıb, zirvəni ələ keçirmək arzusundadı. 4 turdu qələbə nə olduğunu bilməyən paytaxt klubu isə AZAL-ın onları keçməməsi üçün xal əldə etməlidi. Qış fasiləsində heyətini yeniləyib, xeyli güclənən “Neftçi” “Qarabağ”la heç-heçənin ardından liderlər qrupunun daha bir üzvünün qonağı olacaq. Bu dəfə klubun yetirməsi Araz Abdullayev də ilk dəfə doğma komandasına qarşı oynamaq imkanı qazana bilər.
İkinci oyun günü “Zirə” və “Kəpəz” arasında matçla start götürəcək. Çempionatın ortababları ilə fərqli start veriblər. Bakılılar mövsümün ikinci yarısına qələbə ilə başladığından qələbənin ardını gətirməyə çalışacaq. Evdə oynamalı olan Gəncə təmsilçisi qar üzündən yenidən Bakıda oynayacaq. Ötən tur darmadağına üzülən qərblilər ardıcıl 2 məğlubiyyətdən sonra xal əldə etməyə iddialıdı.
Liderlərin iki ən yaxın izləyicisi Sumqayıtda qarşılaşacaq. 3-cü pillədə qərarlaşan “İnter” liderlərin büdrəməsini gözləyir. “Kəpəz” üzərində böyükhesablı qələbə ilə liderlərə yaxınlaşan bakılılar bu fərqi daha da azaltmaq əzmindədi. “Qəbələ” səfərindən xalla dönən sumqayıtlılar isə həm mövqeyini qorumaq, həm rəqibinə yaxınlaşmaq üçün qalib gəlməlidi.
Prenyer Liqa
XVI tur
3 fevral (cümə)
15:00. AZAL – “Qarabağ”
İlk 2 dövrədəki oyunlar: 0:6, 0:1
“AZAL Arena”
17:00. “Qəbələ” – “Neftçi”
İlk 2 dövrədəki oyunlar: 8:0, 4:1
Qəbələ şəhər stadionu
4 fevral (şənbə)
14:00. “Zirə" – “Kəpəz”
İlk 2 dövrədəki oyunlar: 2:0, 0:2
Zirə İdman Kompleksinin stadionu
16:30. “Sumqayıt” – “İnter”
İlk 2 dövrədəki oyunlar: 1:2, 1:3
Sumqayıt. Şəhər stadionu
|
1. |
Qarabağ |
15 |
10 |
3 |
2 |
27-7 |
33 |
|
2. |
Qəbələ |
15 |
9 |
5 |
1 |
31-8 |
32 |
|
3. |
İnter |
15 |
7 |
7 |
1 |
25-13 |
28 |
|
4. |
Sumqayıt |
15 |
4 |
6 |
5 |
14-19 |
18 |
|
5. |
Zirə |
15 |
5 |
3 |
7 |
13-16 |
18 |
|
6. |
Kəpəz |
15 |
3 |
6 |
6 |
11-17 |
15 |
|
7. |
Neftçi |
15 |
3 |
1 |
11 |
10-31 |
10 |
|
8. |
AZAL |
15 |
1 |
5 |
9 |
7-27 |
8 |
Bombardirlər: Baqali Dabo, Filip Ozobiç (hər ikisi “Qəbələ”)